Rusiyalı kosmonavt Oleq Kononenko kosmosda qalma müddətinə görə dünya rekordu qırıb, Bu barədə "Oxuməni.az"-ın Roskosmos dövlət korporasiyasına istinadən verdiyi xəbərdə bildirib.
Fevralın 4-ü günortadan sonra 59 yaşlı kosmonavt orbitdə 878 gün 12 saatdan çox vaxt keçirərək, 2015-ci ildə ki rekordu 878 gün, 11 saat, 29 dəqiqə və 48 saniyə müəyyən edən həmkarı Gennadi Padalkanın nailiyyətini üstələyib.
Kononenko 2008-ci ildən Beynəlxalq Kosmik Stansiyaya (BKS) beş uçuş həyata keçirib.
"Mən kosmosa rekord vurmaq üçün yox, sevdiyim işlə məşğul olmaq üçün uçuram. Astronavt uşaqlıqdan arzuladığım və maraqlandığım peşədir. Məhz bu maraq, kosmosa uçmaq, yaşamaq imkanıdır və orbitdə işləmək məni uçuşları davam etdirməyə həvəsləndirir”, - o, bildirib.
Kononenkonun "BKS"-ə hazırkı uçuşu 15 sentyabr 2023-cü ildə başlayıb. Onunla birlikdə "Soyuz MS-24" kosmik gəmisinin göyərtəsində başqa bir rusiyalı Nikolay Çub və amerikalı astronavt Laurel O'Hara da olub.
Ekspedisiyanın sonuna qədər Rusiya kosmonavtikasının veteranının cəmi "1000 ulduz günü" toplayan ilk şəxs olacağı gözlənilir.
Beynəlxalq Kosmik Stansiya Ukraynadakı müharibə şəraitində böyük gərginlik dövründə ABŞ və Rusiyanın sıx əməkdaşlıq etməyə davam etdiyi nadir sahələrdən biridir.
Dekabr ayında Roskosmos astronavtların "BKS"-ə çatdırılması üçün "NASA" ilə uçuş proqramının 2025-ci ilə qədər uzadıldığını elan edib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































