Dövlət Dumasının bir neçə deputatı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavələr hazırlayıb. Bu, digər məsələlərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş kişilər üçün hərbi xidmətə çağırış yaşının 50-yə qaldırılmasını nəzərdə tutur.
Bu təşəbbüslə MDB işləri üzrə komitə sədrinin müavini Aleksandr Boroday, Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev və Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin üzvü Mixail Şeremet çıxış ediblər. Bu barədə «RİA Novosti»-yə istinadən oxuməni.az məlumat yayıb.
Çıxışlarda deyilir ki, indi bir çox miqrantlar bilərəkdən maksimum çağırış yaşına çatana qədər gözləyir və yalnız bundan sonra vətəndaş olurlar.
Rusiya Daxili İşlər Nazirliyinin statistikasına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında əsasən Tacikistan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 318 mindən çox xarici vətəndaş Rusiya vətəndaşlığını qəbul edib. Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən Rusiyada hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa, aşağı həddi isə 18 yaşa çatdırılıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































