Londonda ana və onun iki qızı avtomobildə kislota ilə hücuma məruz qalıblar. Hücum nəticəsində 5 polis əməkdaşı və kömək etməyə çalışan 4 nəfər yüngül xəsarət alıb. Hücum edən şəxs hələ tutulmasa da, axtarışlar davam edir. Oxuməni.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda avtomobilində əyləşən ana və iki qızına kislota ilə edilən hücum ölkədə qorxu və panikaya səbəb olub. Hadisə zamanı 5 polis əməkdaşı və kömək etməyə çalışan 4 nəfər yüngül yaralanarkən, ana və qızının xəsarətlərinin qalıcı ola biləcəyi açıqlanıb. Polis hücumçunun fotosunu paylaşaraq “ona heç vaxt yaxınlaşmayın” deyə xəbərdarlıq edib.
Polis rəisi Mark Rouli verdiyi açıqlamada şübhəlinin qurbanları tanıdığını və onları hədəf aldığını bildirib. Narahatlıqları anladığını, lakin belə hadisələrin çox nadir hallarda baş verdiyini deyən polis rəisi bunun terror aktı olmadığını bildirib. Hücum edən şəxs bütün gecə vertolyotlarla axtarılıb, lakin hələ də tutulmayıb. Axtarış işləri davam edir.
Polis ona kislota ilə hücum edən şəxsin şəklini və şəxsiyyətini açıqlayıb. Səlahiyyətlilər vətəndaşlara "Əbdül Şükür Ezedi adlı şəxsi görsəniz, uzaq durun" deyə xəbərdarlıq ediblər. 35 yaşlı kişinin üzündə çox ağır yara olması diqqətdən qaçmayıb.
O da məlum olub ki, kislotayla hücum edən Ezedinin daha əvvəl cinsi təcavüz işi olduğu ortaya çıxıb. İngilis siyasətçiləri Ezedinin deportasiya edilməli olduğunu elan edərkən, Əfqanıstandan ölkəyə daxil olan və cinsi təcavüz cinayətlərinə baxmayaraq ölkədə qalan adama görə ölkə rəhbərliyini günahlandırdılar.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































