İlk dəfə 2009-cu ildə Hollandiyada fəaliyyətə başlayan və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən qlobal hərəkata çevrilən 2500-dən çox «Təmir Kafesi» qüsurlu məhsulları təmir edib, təkrar istifadəyə yararlı hala gətirməyi, beləliklə də istehlak mədəniyyətini dəyişdirməyi hədəfləyir.
“Repair Cafe” hərəkatı 2009-cu ildə Hollandiyanın paytaxtı Amsterdamda holland jurnalist və ətraf mühit fəalı Martine Postma tərəfindən yaradılıb. Yığıncaq və təmir sahəsi kimi nəzərdə tutulan kafelərdə elektronikadan tekstilə qədər hər cür xarab, cırıq və ya qırıq əşyalar təmir edilərək təkrar istifadəyə yararlı hala gətirilir.
Qısa müddətdə qlobal hərəkata çevrilən layihə çərçivəsində 2016-cı ildən indiyədək dünyanın müxtəlif ölkələrində 2500-dən çox kafe açılıb və həmin kafelərdə 80689 əşya təmir edilib.
Bu şəbəkənin bir hissəsi olaraq İngiltərənin Tunbridge Wells bölgəsində 2021-ci ildən fəaliyyət göstərən “Repair Cafe”-nin elektrik, mexaniki, zərgərlik və kompüter kimi müxtəlif sahələrdə 28 təmir stansiyası və bu stansiyalarda məhsulları təmir edən 75 könüllü var.
Son 3 ildə paltar, saat, lampa, radio, kompüter, çaynik və toster kimi 2245 əşyanın təmir olunduğu kafedə təmirlə yanaşı, könüllülərin davamlılığı üçün maarifləndirmə işləri də keçirilir.
Fəaliyyətləri ilə bağlı sualları cavablandıran kafenin meneceri Kris Mörfi bildirib ki, bu gün istehsal olunan əşyaların təmiri çətinləşib və yeni əşyaların təmir edilməsi istehlakçını təmir əvəzinə yeni məhsullar almağa yönəldir.
İstehsalçıların xeyrinə olduğu üçün sistemin bu şəkildə qurulduğunu bildirən Murphy, «İstehlakçıların ancaq təmir edilə bilən məhsullar tələb etməsi halında bunun gələcəkdə düzəlməsi mümkündür» deyə məlumat verib.
Azərbaycanpolisi.az (Mənbə: Oxuməni.az)
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































