Rusiyada Buryatiya parlamenti deputatların ölkəni tərk etmək hüququnun məhdudlaşdırılacağı barədə qərar qəbul etmə proseduru hazırlayıb. Bu barədə “İnterfaks” qanun layihəsinə istinadən yazır.
Sənədə əsasən, səfər məhdudiyyəti xüsusi əhəmiyyət kəsb edən məlumatlara və ya məxfi məlumatlara malik olan deputatlar üçün nəzərdə tutulub. Səyahət hüququnun məhdudlaşdırılması haqqında qərar deputatın ölkədən çıxışı barədə məlumatlara sonuncu dəfə baxıldığı gündən etibarən yeddi iş günü ərzində parlamentin sədri tərəfindən qəbul edilir.
Layihədən belə çıxır ki, Rusiyanı tərk etmək hüququ, deputatın məxfi məlumatlarla sonuncu tanış olduğu tarixdən etibarən, beş ilədək müddətə məhdudlaşdırıla bilər. Eyni zamanda, parlament şəxsin qısamüddətli ölkədən getməsinə icazə verə biləcək.
Azərbaycanpolisi.az (Mənbə: Oxuməni.az)
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































