Qaribaşvili payızda keçiriləcək ümumi seçkilərə hazırlıqla bağlı hakim Gürcü Arzusu Partiyasının prezidentlik təklifini qəbul etdiyini açıqlayıb.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il keçiriləcək seçkilər öncəsi siyasi partiyaya üzv olmaq üçün vəzifəsindən istefa verdiyini söyləyib.
Hakim Gürcü Arzusu Partiyasına sədrlik təklifini qəbul etdiyini açıqlayan siyasətçi “Payızda yeni parlament seçəcəyik və “Gürcü Arzusu” başqa məqsədlərə çatmaq yolunda irəliləməkdə davam etmək üçün seçkilərdə qətiyyətlə qalib gəlməyə hazırlaşmalıdır" deyə bildirib.
Müxalifətdə olan Vahid Milli Hərəkatın rəhbəri Levan Kabeişvili Qaribaşvilinin istefasından narahatlığını bildirib və bunu İvanişvilinin siyasi manevrləri ilə əlaqələndirib.
Xatırladaq ki, Qaribaşvili 2013-2015-ci illərdə baş nazir olub və 2021-ci ildə yenidən bu vəzifəyə təyin edilib.
Azərbaycanpolisi.az (Mənbə: Oxuməni.az)
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































