Yazıçı İvan Oqanov Moskvada Frunzenskaya sahilindəki mənzilində ölü tapılıb, «REN TV»-yə mənbədən belə bildirib. Xatırladaq ki, “Romada payız” poemasının müəllifinin 80 yaşı var idi. «REN TV»-nin məlumatına görə, yazıçı son vaxtlar səhhətindəki problemlərdən şikayətlənib. Yazıçının dostu bildirib ki, Oqanovla yanvarın 10-dan əlaqə saxlaya bilməyib. Dostuna telefonla müraciət edə bilməyən şəxs yanvarın 29-da polisə müraciət edib. İçəri girmək üçün hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındırmalı olublar. İlkin olaraq heç bir zorakı ölüm əlamətləri aşkar edilməyib, yazıçının cəsədi məhkəmə-tibbi ekspertizasına göndərilib.
İvan Oqanov 1943-cü ildə Tbilisidə anadan olub. Nasir Moskva Xarici Dillər İnstitutunun diplomu alıb. “Bağımız boş idi”, “Payızda üzümçü nəğməsi”, “Ölü uşaqlar haqqında nəğmələr” və s. romanları ilə tanınır.
Bundan əvvəl Rusiyanın əməkdar artisti Mixail Şilenkov Moskva otelinin hamamında ölü tapılıb. Musiqiçi bir gündən çox orada qalıb. Onunla əlaqə saxlaya bilməyən otel işçiləri təhlükəsizlik xidmətlərinə zəng ediblər. Ölümün ilkin səbəbi kəskin ürək çatışmazlığıdır.
Çaykovski adına Bolşoy Simfonik Orkestrinin fagot ifaçısı bir həftədən sonra baş tutacaq konsertə hazırlaşırdı. Fövqəladə hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Şilenkovun bədənində heç bir zorakılıq əlaməti aşkar etməyiblər. Sonradan məhkəmə-tibbi ekspertizası musiqiçinin ürək xəstəliyindən, o cümlədən hipertoniyadan əziyyət çəkdiyini və qaraciyərində problem olduğunu təsdiqləyib.
Azərbaycanpolisi.az (Mənbə: Oxuməni.az)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































