Bir gün əvvəl prezident seçkilərinin ikinci turuna daxil olan Finlandiya prezidentliyinə namizədlər Aleksandr Stubb və Pekka Haavisto, Rusiya prezidenti Vladimir Putinin onları seçilmələri münasibətilə təbrik etmək qərarına gəlsə, onun zənginə cavab verəcəkləri ilə bağlı fikir ayrılığına düşüblər.
“Mən cavab verməzdim <….>. Hazırda bizim Rusiya ilə heç bir siyasi münasibətimiz yoxdur , mən müharibə bitənə qədər və ya müttəfiqlərimizlə bu məsələdə razılığa gələnə qədər onlara ehtiyac görmürəm”, - Stubb yerli telekanalın efirində müvafiq sualı cavablandırıb.
Haavisto da öz növbəsində deyib ki, telefona cavab verəcəkdi , çünki söhbət dövlət başçısının zəngindən gedir . Bununla belə, o, Avropa İttifaqı səviyyəsində müttəfiqlərlə razılaşma olmadan , Rusiya ilə hər hansı siyasi müzakirələri istisna edib.
Stubb sağ mərkəzçi Milli Koalisiya Partiyasının namizədi, keçmiş baş nazir və Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəridir. Birinci turun nəticələrinə görə, o, 27,2 faiz səs toplayıb.
Haavisto Yaşıl Birlik partiyasının üzvü və keçmiş xarici işlər naziridir. Birinci turda o, 25,8 faiz səs toplayıb.
Fevralın 11-də Finlandiyada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Azərbaycanpolisi.az (Mənbə: Oxuməni.az)
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































