İsrail şirkəti elektron göz implantları üçün simsiz enerji yığmağı təqdim edib

İsrail şirkəti elektron göz implantları üçün simsiz enerji yığmağı təqdim edib

İsrailin "Blink Energy" şirkəti elektron linzalar və göz implantları üçün "BlinkIT" simsiz enerji doldurmağı təqdim edib . Gələcəyin möcüzəvi inkişafına öz gözlərinizlə baxın .

Cihaz insanın yuxarı göz qapağına yapışdırılır. Kiçik bir mikrosxemə nazik bir tel bağlanır, onu istifadəçinin gicgahında yerləşən batareyaya bağlayır.

"BlinkIT" ilə insanlar ağıllı linzaları daha uzun müddət taxa bilərlər və heç vaxt göz implantlarını çıxarmaq məcburiyyətində qalmayacaqlar , onlar göz qapağında yerləşən simsiz dok stansiyasından enerji yığacaqlar. Gözdəki linzalar şarj edildikdən sonra , "BlinkIT" göz qapağından çıxarıla bilər.

"Blink Energy"-nin texniki direktoru yeniliyi öz üzərində sınaqdan keçirib və bildirib ki, "BlinkIT"-ni taxarkən heç bir narahatlıq yoxdur , ancaq kənardan cihaz çox rahat görünmür. "BlinkIT" hələ satın alına bilməz , şirkət yaxın vaxtlarda ixtiranı yekunlaşdıracağını və satışlarına başlayacağını vəd edir.
Çipləmə artıq reallıqdır. Belə ki, İlon Mask bu yaxınlarda onun startapı "Neuralink"-in ilk dəfə olaraq insan beyninə çip yerləşdirməyi bacardığını açıqlayıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az