Ukraynada sursatların alınması zamanı dövlət vəsaitinin oğurlanması sxemi üzə çıxıb

Ukraynada sursatların alınması zamanı dövlət vəsaitinin oğurlanması sxemi üzə çıxıb

Ukrayna Təhlükəsizlik Xdməti (SBU) iddia edir ki, onlar dələduzluqda iştirak edən bütün şəxsləri müəyyən ediblər. Onların arasında Müdafiə Nazirliyinin Hərbi-Texniki Siyasət, silah və hərbi texnikanın inkişafı şöbəsinin keçmiş və indiki rəisləri, "Lvov Arsenal" şirkətinin rəhbəri və kommersiya direktoru, həmçinin “xarici kommersiya təşkilatının nümayəndəsi var”.

Müstəntiqlərin fikrincə, 2022-ci ilin avqustunda Müdafiə Nazirliyi silah tədarükçüsü olan "Lvov Arsenal" ilə 100 min minaatan mərmisinin alınması üçün müqavilə bağlayıb və imzalanmış sənəddə nəzərdə tutulan bütün məbləği şirkətin hesablarına köçürüb. Bundan sonra Ukrayna şirkəti pulun bir hissəsini Ukraynaya sifariş edilmiş sursatları verməli olan xarici kommersiya strukturunun balansına köçürüb.

"Ancaq onlar, bir mərmi də belə göndərmədi və alınan vəsaiti Balkanlardakı başqa bir əlaqəli strukturun hesabına köçürdü. Müdafiə Nazirliyindən qalan məbləğlər Ukrayna şirkətinin paytaxt banklarından birindəki hesablarında qalıb". - UTX (SBU) məlumat yayıb.

Saxlanılan şəxslər mütəşəkkil dəstə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə ittiham olunurlar. Onları əmlakı müsadirə olunmaqla 12 ilə qədər həbs gözləyir.

Son aylar Ukrayna bir sıra korrupsiya qalmaqalları ilə üzləşib. 2023-cü ilin avqustunda prezident Vladimir Zelenski korrupsiyaya görə bütün regional hərbi komissarları işdən çıxarıb. Bir çox cinayət işləri hərbi xidmətə çağırışdan möhlət və hərbi xidmətdən azad olmaya görə rüşvətlə bağlıdır.

Korrupsiyanın qarşısının alınması Avropa İttifaqının Aİ və NATO-ya üzv olmaq istəyən Ukrayna üçün irəli sürdüyü əsas şərtlərdən biridir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az