Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfiri Aleksandr Bikantov bildirib ki, Rusiya hərbçilərinin Mərkəzi Afrika Respublikasında yaradılan bazaya dəqiq nə vaxt çatacağı və onların sayının nə qədər olacağı hələ müəyyən edilməyib. Onun sözlərinə görə, hazırda baza üçün yer seçirlər.
Bikantov həmçinin hesab edir ki ; “Mərkəzi Afrika Respublikası ərazisində Rusiya hərbi bazasının yaradılması respublikada təhlükəsizlik vəziyyətini yaxşılaşdıracaq və ölkənin milli suverenliyinin qorunması üçün əsasları gücləndirəcək”. O, həmçinin bildirib ki, ötən il Rusiya Federasiyası ölkəyə yeddi "L-39" döyüş təlim təyyarəsi verib və bununla da ayrıca qoşun növünün , ordu aviasiyasının yaradılmasına zəmin yaradılıb.
"CAR indi yeni çağırışlarla üz-üzədir" deyən diplomat əlavə edib ki, "yaraqlıların taktikasında və texnoloji səviyyəsində dəyişikliklər var".
Bikantov ötən il demişdi ki, CAR ordusu rus təlimatçılarının dəstəyi ilə ölkədəki qanunsuz silahlı birləşmələrin əksəriyyətini məğlub edib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































