Co Bayden administrasiyası ABŞ-ı misli görünməmiş qeyri-qanuni miqrant axınına qarşı tamamilə müdafiəsiz qoyub. Müvafiq bəyanatla respublikaçıların 25 qubernatoru çıxış edib.
"Prezident Bayden və onun administrasiyası amerikalıları və ölkəni cənub sərhədini keçən qeyri-qanuni miqrantların görünməmiş axınına qarşı tamamilə müdafiəsiz buraxıb" - deyib Respublika Qubernatorlar Assosiasiyası.
25 ştatın başçısı qeyd edib ki, qanunları tətbiq etmək və ölkə sərhədini qorumaq əvəzinə, Ağ Evin rəhbəri və onun administrasiyası ABŞ vətəndaşlarını “tarixi qeyri-qanuni immiqrasiya, ölümcül narkotik və narkotik maddələrdən qorumağa yönəlmiş hərəkətlərə görə məhkəməyə verir”. Ştatların ərazisinə qeyri-qanuni sızmağı bacaranlar isə terrorçulardır.
Müraciət müəllifləri eyni zamanda Texas ştatının qubernatoru Qreq Abbottla həmrəy olduqlarını bildiriblər və sərhədin təhlükəsizliyini təmin etmək üçün bütün üsullardan, o cümlədən tikanlı məftillərdən istifadəni dəstəkləyiblər.
Bəyanatı imzalayanlar arasında Alabama, Alyaska, Arkanzas, Florida, Corciya, Aydaho, İndiana, Ayova, Luiziana, Missisipi, Missuri, Montana, Nebraska, Nevada, Nyu-Hempşir, Şimali Dakota, Ohayo, Oklahoma, Cənubi Karolina kimi ştatların qubernatorları da var…
Azərbaycanpolisi.az (Mənbə: Oxuməni.az)
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































