Britaniya ordusunun komandanı əhalini Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb

Britaniya ordusunun komandanı əhalini Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıb

Britaniya ordusunun rəhbəri Böyük Britaniya vətəndaşlarına miqyasına görə 20-ci əsrin böyük münaqişələri ilə müqayisə oluna biləcək müharibəyə hazır olmaları və özlərini səfərbər etmələri barədə xəbərdarlıq edib.

Londonda keçirilən Beynəlxalq zirehli maşınlar sərgisində çıxış edən general Ser Patrik Sanders Rusiyanın Ukraynaya müdaxiləsinin genişmiqyaslı təlatümlərin xəbərçisi olduğunu bildirib və xəbərdarlıq edib ki, çox gec olmadan əvvəlki müharibələrin dərslərini xatırlamaq lazımdır.
"Bizim sələflərimiz 1914-cü il İyul böhranı adlanan hadisələrin nəticələrini başa düşə bilmədilər və dəhşətli münaqişəyə qarışdılar. Biz bu gün eyni səhvə yol verə bilmərik. Ukrayna hadisələri çox böyük əhəmiyyət kəsb edir".

General Sanders vurğulayıb ki, qarşıdakı illərdə münaqişənin potensial miqyasını qiymətləndirməmək olmaz.
"Bu müharibə sadəcə Donbasın qara torpağı uğrunda mübarizə və ya Rusiya imperiyasının bərpası üçün mübarizə deyil, söhbət bizim öz sistemimizə, həyat tərzimizə , siyasi, psixoloji və simvolik olaraq hücumdan gedir. Biz buna necə reaksiya veririk ( müharibədən əvvəlki nəsildə olduğu kimi), tarixdə əks-səda tapacaq. Hələlik ukraynalıların cəsarəti bizi mühafizə edir”.
General həmçinin Britaniya ordusunun sayını demək olar ki, iki dəfə artırmağa çağırıb. Böyük Britaniyanın vəzifəsi artıq sayların azalmasına səbəb olan uzunmüddətli işə qəbul böhranını aradan qaldırmaqdır (Britaniya qoşunlarının xaricdə müxtəlif missiyalarda iştirakı ilə). General Sandersin fikrincə, ənənəvi səfərbərlik vacib olsa da, adi Britaniya vətəndaşları da hazır olmalıdırlar, əgər özləri “silah götürməsələr”, ən azı Qərbi Avropada İkinci Dünya Müharibəsindən bəri görünməyən sivil səfərbərlik səviyyəsinə çatmalıdırlar.
Hökumət onun çıxışına cavab olaraq bildirdi ki, ümumi səfərbərlik məsələsinə baxılmır.

Baş nazir Rişi Sunakın sözçüsü Maks Blayn hökumətin universal hərbi çağırış tətbiq etmək niyyətində olmadığını söyləyib.
"Britaniya silahlı qüvvələrinin qürurlu könüllü xidmət ənənəsi var. Bunu dəyişdirmək planlarımız yoxdur", - o deyib. O , əlavə edib ki, “hipotetik müharibələr” haqqında düşünmək “konstruktiv deyil”.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az