Keçmiş Amerika lideri Donald Tramp hesab edir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası öz dövlətinə nifrət edir.
"Onlar indiki administrasiyanın üzvləri ölkəmizə nifrət edirlər. Çünki onların etdiklərinin başqa adı yoxdur", - deyə Tramp tərəfdarları ilə görüşdə belə səsləndirib. Yayımı isə «Fox News» həyata keçirib.
Tramp hesab edir ki, Baydenin vergi artımı ilə bağlı siyasəti və cənub sərhədindəki vəziyyət buna işarə edir.
Bundan əvvəl Tramp Nyu-Hempşir ştatında Respublikaçıların ilkin seçkilərində qalib gəldiyini bəyan etmişdi. Onun Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizədə yeganə rəqibi Nikki Heyli orada məğlub olduğunu etiraf edib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































