Qırğızıstan və Çin sərhədində baş verən zəlzələ nəticəsində Baykonur kosmodromunun infrastrukturuna ziyan dəyməyib. Yanvarın 23-nə keçən gecə bölgədə yeraltı təkanlar qeydə alınıb.
«Baykonur kosmodromunun infrastrukturu yeraltı təkanların fəsadlarını hiss etməyib, iş normal qaydada davam edir», deyə Rusiya mətbuatında belə qeyd edilir.
Yanvarın 23-nə keçən gecə Çində, Qırğızıstan və Qazaxıstan sərhədləri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Çinin Aksu qraflığından 121 kilometr qərbdə və Almatıdan 270 kilometr cənub-şərqdə yerləşib. Çin seysmik xidmətinin məlumatına görə, əsas zəlzələdən sonra maqnitudası 5,3-ə çatan afterşoklar baş verib. Seysmik hadisə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycanda da hiss olunub.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































