Almaniyada silahlı qüvvələrdəki kadr çatışmazlığını aradan qaldırmaq üçün alman pasportu olmayanların hərbi xidmətə çağırılacağı müzakirə olunur.
Almaniya silahlı qüvvələrdəki kadr çatışmazlığını aradan qaldırmaq üçün çarə axtarır. Çözüm yolları arasında Almaniya pasportu olmayanların hərbi xidmətə çağırılması da var.
Almaniyanın müdafiə naziri Boris Pistorius “Tagesspiegel” qəzetinə verdiyi açıqlamada, Almaniya ordusuna əcnəbilərin cəlb edilməsi təklifinin ekspertlər tərəfindən gündəmə gətirildiyini və məsələnin lazımi diqqətlə idarə edildiyini bildirib.
Bu məsələni araşdırmanın başlanğıcında olduqlarını bildirən Pistorius, "Avropada bunu edən ilk silahlı qüvvələr deyilik. Ölkədə Almaniya vətəndaşlığı olmayan ikinci və üçüncü nəsil (immiqrant) insanlar yaşayır" - deyə bildirib.
Müdafiə naziri Pistorius məcburi hərbi xidmətin ləğvini “səhv” kimi qiymətləndirərək, aprel ayına qədər Almaniya ordusu üçün kadr tapmaq üçün yeni imkanlar üzərində işlərin aparılacağını açıqlayıb.
Pistorius bəyan edib ki, Almaniya müdafiə xərclərini artırmalı, silahlı qüvvələr modernləşdirilməli və yeni təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək qabiliyyətinə malik olmalıdır: “Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq və bu, o deməkdir ki, biz bunu etməliyik. Müharibəyə hazır olun” kimi ifadələr işlədib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































