Avropaya yenidən soyuq hava gəlib. Qarın yağması və buz bağlaması səbəbindən yollarda tıxaclar yaranıb, yol-nəqliyyat hadisələrinin sayı artıb. Fransanın əksər hissəsi "sarı hava xəbərdarlığı" , ölkənin şimalındakı bir sıra rayonlarda isə "narıncı hava xəbərdarlığı" elan edilib.
Paris, Lill, Lion və digər şəhərlərdə havanın temperaturu sıfırdan aşağı düşüb.
Belçikayada əsl qış gəlib. Krallığın bir neçə bölgəsinə qar yağıb. Qar örtüyünün qalınlığı on bir santimetri keçib , meteoroloqların fikrincə , bu , son on bir ilin ən güclü qarıdır.
Brüsseldə ictimai nəqliyyatda nasazlıqlar olduğu bildirilir. Belçikanın cənub-şərqində sıx nəqliyyat tıxacı yaranıb , tıxaca "qırmızı kod xəbərdarlığı" verilib. Eyni zamanda yerli sakinlər qış mənzərəsindən həzz aldıqlarını deyirlər.
Norveçdə qar yağması və soyuq hava olduğuna baxmayaraq , çimərlik voleybolu üzrə Olimpiya çempionları Kristian Sorum və Anders Mol Oslo küçələrinin birində oyun keçiriblər. Norveçin paytaxtında havanın temperaturu mənfi 12 dərəcədir.
Azərbycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































