"NATO" "soyuq müharibə"dən bəri ən genişmiqyaslı olacaq “Dayanıqlı Müdafiəçi” təlimini keçirməyə hazırlaşır. Onlar gələn həftə başlayacaq və may ayına qədər davam edəcəklər. Manevrlərdə 90 mindən çox hərbçi iştirak edəcək.
Təlim Amerika qoşunlarının Rusiya ilə həmsərhəd ölkələrdə və alyansın şərq cinahında yerləşən Avropalı müttəfiqlərinə “bərabər rəqib”lə münaqişə vəziyyətində dəstək vermək üçün hərəkətlərini sınaqdan keçirəcək.
"NATO"-nun məlumatına görə, manevrlərə 50-dən çox gəmi, 80-dən çox döyüş təyyarəsi, helikopter , pilotsuz uçuş aparatı və ən azı min yüz döyüş maşını cəlb olunacaq. Təlimdə yaxın gələcəkdə alyansa qoşulmağa ümid edən İsveç də iştirak edəcək.
"NATO" sonuncu dəfə 1988-ci ildə oxşar miqyasda təlim keçirmişdi , o vaxt 125 min hərbçi iştirak etmişdi.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































