Beynəlxalq Polis Təşkilatı (İnterpol) xəbərdarlıq edib ki, süni intellektə malik rəqəmsal dünyanın geniş yayılması virtual aləmdə törədilən cinayətlərin araşdırılmasını çətinləşdirir.
İnterpol Dünya İqtisadi Forumunun (WEF) Davosda keçirilən illik sammitində metaversenin əsas çağırışları, təhdidləri və zərərlərinin hərtərəfli təhlilini əks etdirən hesabatını dərc edib.
Hesabatda rəqəmsal dünyanın geniş yayılması müstəntiqlər üçün böyük problemlər yaratdığı bildirilir.
Bildirilib ki, virtual dünya birdən çox ölkənin ədliyyə orqanlarının yurisdiksiyasına daxil ola bilir, müvafiq sistem və qurğular mürəkkəb və uyğunsuzluqlara məruz qalır.
Hesabatda polisin heç bir fiziki sübutun olmadığı virtual cinayət səhnələri ilə qarşılaşa biləcəyi, yalnız kriptovalyutalar kimi virtual aktivlərlə rəqəmsal qarşılıqlı əlaqənin ola biləcəyi ifadə edilib.
Qeyd edilib ki, bu cür onlayn mühitlər dinamikdir, yəni sübutlar asanlıqla itirilə və ya dəyişdirilmiş kimi görünə bilər.
Hüquq-mühafizə orqanlarının və ədliyyə sisteminin virtual dünyanı və onunla əlaqəli texnologiyanı hələ çətin dərk etməli olduğu xüsusi vurğulanıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































