İsrail "HƏMAS"-ı tamamilə məhv edənə qədər döyüşəcək. Bunu Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu yenidən bəyan edib. O vurğulayıb ki, İordan çayının qərbindəki bütün torpaqlar İsrailin nəzarətində olmalıdır. Bu, Qəzza zolağında müstəqil Fələstin dövlətinin yaradılmasının müharibədən sonrakı nizamın məcburi hissəsi hesab edildiyi ABŞ-ın mövqeyi ilə ziddiyyət təşkil edir.
Benyamin Netanyahu, İsrailin Baş naziri: "İstənilən gələcək ssenaridə İsrail İordan çayının qərbindəki bütün ərazilərin təhlükəsizliyinə nəzarət etməlidir. Bu, zəruri şərtdir və (Fələstinin) suverenliyi ideyası ilə ziddiyyət təşkil edir. Siz nə edə bilərsiniz, mən bu həqiqəti amerikalı dostlarımıza deyirəm və İsrailin təhlükəsizliyinə xələl gətirəcək reallığı bizə sırımaq cəhdlərini də dayandırıram”.
İsrailin əsas məqsədlərindən biri Qəzza zolağında saxlanılan girovların azad edilməsidir. Cümə axşamı İsraillilər Təl-Əvivdə nümayiş keçiriblər. Onlar əllərində qardaşı, bacısı və valideynləri ilə birlikdə Qəzzada olan ən kiçik əsir Kfir Bibasın portretini tutublar. Bu gün "Rıjik" adlanan Kfirin bir yaşı tamam oldu.
Qaçırılan ailə və narıncı saçlı körpə ilə həmrəylik əlaməti olaraq Knessetin binası narıncı rənglə işıqlandırılıb.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi "HƏMAS"-a qarşı müharibədən "sonrakı gün" mövzusunda danışıb. Kirbi bildirib ki, ABŞ “iki dövlət, iki millət” həll yoluna nail olmaq üçün fəaliyyətini dayandırmayacaq.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































