Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.
Bu barədə DGK məlumat yayıb.
Məlumata görə, Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.
Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































