Britaniyanın qeyri-hökumət təşkilatı «Oxfam», Davos Dünya İqtisadi Forumu öncəsi hesabat dərc edib. «Oxfam»-a görə, on il ərzində dünyanın ilk trilyonçusu olacaq, lakin yoxsulluq daha 229 il ərzində aradan qalxmayacaq.
Davos Dünya İqtisadi Forumundan əvvəl Britaniyanın qeyri-hökumət təşkilatı «Oxfam» bildirib ki, dünyanın ən zəngin beş iş adamının sərvəti 2020-ci ildən bəri 114 faiz artıb və buna uyğun olaraq beş milyard insan da yoxsullaşıb.
«Oxfam» hesab edir ki, dünya cəmi on il ərzində ilk trilyonerinə sahib ola bilər, yoxsulluğun aradan qaldırılması isə iki əsrdən çox vaxt aparacaq.
Dünyanın ən zəngin beş iş adamı 2020-ci ildən (saatda 14 milyon dollar) sərvətlərini iki dəfədən çox artıraraq 405 milyard dollardan 869 milyard dollara çıxarsa da, demək olar ki, beş milyard insan yoxsullaşıb.
«Oxfam»-ın icraçı direktoru Amitabh Behar son 3 ildə şirkətlərin zənginləşməsinin və qlobal yoxsulluğun bu qədər artmasının səbəblərindən danışarkən, "korporasiyalar işçiləri sıxışdırmaqla, vergilərdən yayınmaqla, hökuməti özəlləşdirməklə və iqlimin çökməsinə təkan verməklə varlı sahiblərə sonsuz sərvət ötürürlər. Lakin onlar həm də hakimiyyəti ötürməklə, demokratiyalarımızı və hüquqlarımızı pozurlar" deyə bildirib.
Heç bir qurumun və ya fərdin iqtisadiyyatımız və həyatlarımız üzərində bu qədər gücə sahib olmaması lazım olduğunu deyən Behar, "Açığını desəm, heç kimin milyard dolları olmamalıdır" kimi fikirlər səsləndirib.
Direktor bildirib ki, bütün dünyada insanlar təhlükəsiz olmayan işlərdə, çox vaxt minimum əmək haqqı üçün daha uzun və daha çox saat işləyirlər.
"800 milyona yaxın işçinin maaşı inflyasiyaya uyğunlaşa bilmir və onlar son iki ildə 1,5 trilyon dollar itiriblər ki, bu da hər bir işçi üçün təxminən bir aylıq itirilən əmək haqqına bərabərdir"…
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































