Sosial mediada İtaliyanın Pistoia şəhərində keçirilən toy zamanı döşəmənin çökməsi nəticəsində 35 nəfərin xəsarət aldığı bildirilib. İtaliya mətbuatında çıxan xəbərdə ölkənin şimalındakı Pistoia şəhərində tədbir məkanı olaraq istifadə edilən köhnə bir monastırın döşəməsinin dünən gecə təşkil edilən toy zamanı çökdüyü bildirilib.
Hadisənin qonaqların rəqs edərkən baş verdiyi və insanların təxminən 4 metr hündürlükdən yıxıldığı bildirilib.
Qeyd edilib ki, çökmə nəticəsində dəmir-beton binanın içərisində 3 metr diametrdə boşluq yaranıb.
Hadisə zamanı 35 nəfər yaralanıb. Xəstəxanaya çatdırılan yaralılar arasında yeni evlənən cütlüyün də olduğu bildirilib.
Hadisə ilə bağlı artıq prokurorluq araşdırmaya başlayıb. Pistoia Bələdiyyə Başçısı Alessandro Tomasi dünən gecə məkan sahiblərinin hadisə yerinə gələrək təhlükəsizlik işçilərinə məlumat verdiyini və heç kimin həyatının təhlükədə olmadığı üçün rahatlaşdığını bildirib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































