ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ştatın baş prokuroru Letitia Ceymsin verdiyi mülki iddia üzrə Nyu-Yorkda keçirilən məhkəmə prosesində tərəflər yekun arqumentlər təqdim ediblər. Siyasətçi və iş adamı Tramp Təşkilatının maliyyə hesabatlarında məlumatları qanunsuz olaraq şişirtməkdə ittiham olunur.
Tramp hakimin siyasətlə bağlı qadağasına məhəl qoymadı :
"Biz inandırıcı dəlillər təqdim etmişik və dəfələrlə hökm istəmişik , onların heç bir faktı yoxdur və əleyhimizə heç bir sübutu yoxdur. Milyonlar və milyonlarla səhifələr , İllərlə gedən məhkəmələr və bunların hamısı siyasi motivlidir", - deyən və Ağ Evə qayıtmasına hazırlaşan keçmiş prezident bildirib.
Müstəntiqlərin fikrincə, Tramp və ailə üzvləri sərfəli şərtlərlə kredit almaq və vergi yükünü azaltmaq üçün öz aktivlərinin dəyərini şişirdiblər.
"Bu iş heç vaxt siyasət, şəxsi intiqam və ya şəxsiləşmə ilə bağlı olmayıb. Bu iş faktlar və qanunlara bağlıdır , cənab Donald Tramp qanunu pozub", - Baş prokuror Letitia Ceyms deyib.
Nyu-Yorkun baş prokuroru Trampa ştatda daşınmaz əmlak biznesi ilə məşğul olmağı qadağan etməyə çalışır.
Məhkəmə yanvarın sonuna kimi hökm çıxarmalıdır.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































