ABŞ ordusu və müttəfiqlərinin Yəməndəki Ənsar Allah hərəkatının (husilər) hədəflərinə hücum etməsi faktını prezident Co Bayden də təsdiqləyib. O, hücumu beynəlxalq naviqasiya azadlığına və əsgərlərin təhlükəsizliyinə təhdidlərə cavab adlandırıb. «RİA Novosti» bu barədə ABŞ liderinin yaydığı bəyanatına istinadən belə yazıb.
Bayden qeyd edib ki, bu gün ABŞ ordusu Böyük Britaniya ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndəki bir sıra hədəflərə zərbələr endirib. Onun sözlərinə görə, husilər bu qurğulardan dünyanın ən mühüm su yollarından birində naviqasiyaya mane olmaq üçün istifadə ediblər.
ABŞ lideri Husilərin 27 hücumunda 50-dən çox ölkədən olan ticarət gəmilərinin zədələndiyinə və yanvarın 9-da hərəkatın ABŞ hərbi gəmilərinə qarşı bu günə qədərki ən böyük hücumunu həyata keçirdiyinə diqqət çəkib.
"Beynəlxalq ictimaiyyətin bu hücumlara cavabı vahid və qəti oldu" deyə Bayden bildirib.
Ağ Ev lideri onu da edib ki, ABŞ və müttəfiqləri zərurət yaranarsa, gəmiçiliyi qorumaq üçün əlavə tədbirlər görməkdən çəkinməyəcəklər.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































