Ekvadorda iğtişaşlar başlayandan bəri ölkə polisi və ordusu 329 mümkün cinayətkarı saxlayıb və beş terrorçunu məhv edib. Bu barədə ölkənin silahlı qüvvələrinin birgə komandanlığının rəhbəri Xayme Vela Eraso bildirib. Onlar həmçinin həbsxanadan qaçan 28 nəfəri yaxalaya biliblər.
“61 müxtəlif çaplı silah, 418 patron, 24 partlayıcı qurğu ələ keçirdik, 329 terrorçunu saxladıq”, – deyə Velanın açıqlamasında bildirilib.
Ölkə prezidentinin təcili çağırdığı Təhlükəsizlik Şurasının və Dövlət Şurasının iclasından sonra Silahlı Qüvvələrin birgə komandanlığının rəhbəri hərbi hədəflər kimi 22 cinayətkar qrupun adını çəkib. Onun sözlərinə görə, telekanaldakı jurnalistlərinin ələ keçirilməsi, quldurların hakimiyyətin hərəkətlərinə və qəbul etdiyi qərarlara şiddətli reaksiyasıdır. Bu qərarlar "cinayətkar şəbəkələrə ciddi təsir göstərir" deyib Vela.
Xatırladaq ki, prezident Daniel Noboanın fövqəladə vəziyyət elan etməsindən sonra Ekvadorda vəziyyət kəskin şəkildə pisləşib. Həbsxanada iğtişaşlar, qətllər, mühafizəçilərin və tələbələrin girov götürülməsi barədə məlumat verilib. İki tanınmış kriminal lider həbsdən qaçıb. Ekvadorda iğtişaşlar zamanı azı on nəfər həlak olub ki, onlardan ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır…
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































