Rusiya Baş Prokurorluğu ixtisaslaşmış informasiya sistemindən istifadə etməklə internetdə qeyri-qanuni məzmunun operativ şəkildə bloklanmasına dair qanun layihəsi hazırlayıb. «TASS» yazır ki, sənədin hazırlanmasında Rəqəmsal İnkişaf Nazirliyi və Roskomnadzor iştirak edib.
Birgə səylər nəticəsində zərərli saytların ixtisaslaşmış informasiya sistemindən istifadə etməklə bloklanmasının operativ həllini tənzimləyən qanun layihəsi hazırlanıb. Baş Prokurorluq xəbərdarlıq edib ki, qeyri-qanuni məzmunun müəyyən edilməsi məqsədilə internetdə, messencerlərdə və sosial şəbəkələrdə məlumatların daim monitorinqi aparılır. Prokurorluq misal çəkib ki, keçən il Roskomnadzordan bank və maliyyə fəaliyyəti ilə bağlı qanunvericiliyin pozulduğu 42 minə yaxın internet saytına girişi məhdudlaşdırmağı tələb edib.
Bundan əvvəl Baş Prokurorluq internetdə ekstremist fəaliyyəti təbliğ edən və ya haqq qazandıran Rusiya əleyhinə nəşrlərin sayının artdığını bildirib. Beləliklə, 2023-cü ildə əvvəlki illə müqayisədə ekstremizm və ya terrorizm zəminində məzmunun bloklanmasını tələb edən müraciətlərin sayının Roskomnadzor-a iki dəfədən artıq daxil olduğu qeyd edilib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































