ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə yeni səfərinə İstanbulda başlayıb, burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla danışıqlar aparıb. Məlumata görə, tərəflər “Qəzza zolağında müharibə və humanitar vəziyyət, İsveçin NATO-ya daxil olması proseduru, ikitərəfli və regional məsələləri” müzakirə ediblər.
Blinkenin Ərdoğanla görüşü mətbuata qapalı keçirilib. Daha əvvəl qeyd olunmuşdu ki, dövlət katibinin Yaxın Şərqə yeni səfəri Amerika administrasiyasının Qəzza zolağının hüdudlarından kənarda, o cümlədən Livanda, İsrailin şimalında, İsraildə baş verən həyəcan verici hadisələr fonunda Fələstin-İsrail münaqişəsinin daha da genişlənməsindən qorxması ilə bağlıdır.
Jurnalistlərin məlumatına görə, Ərdoğan və Fidanla danışıqlar çərçivəsində Blinken regionda gərginliyi azaltmaq üçün Türkiyə və digər ölkələrin İran və müttəfiqlərinə təzyiq göstərmək üçün nə edə biləcəyini müzakirə edib. Danışıqlarda Qəzza zolağına humanitar yüklərin çatdırılmasını sürətləndirmək və anklavın müharibədən sonrakı dövürdə idarə edilməyini planlaşdırmağa başlamaq mövzuları da müzakirə edilib.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































