ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə hücumunun üç illiyi münasibətilə Pensilvaniya ştatının "Valley Forge" şəhərində yenidən seçki kampaniyasına başlayıb.
"O (Tramp) bu insanları cinayətkar adlandırmaq əvəzinə, bu iğtişaşçıları vətənpərvər adlandırır. Vətənpərvərlər! O, prezidentliyə qayıdarsa, onları azad edəcəyinə söz verir", - Bayden deyib.
Demokrat prezident həmçinin əlavə edib: "Donald Trampın kampaniyası özü haqqındadır, nə Amerika, nə də siz. Donald Trampın kampaniyası keçmişlə deyil, gələcəklə bağlıdır. O, hakimiyyətə sahib olmaq üçün demokratiyamızı qurban verməyə hazırdır".
Trampın özü Ayova ştatında keçirilən seçki kampaniyası mitinqində çıxış edərək Baydenin “demokratiya” sözündə kəkələməsini ələ salaraq, “hətta bu sözü oxuya bilmədiyini” deyib. O, həmçinin Baydeni öz kampaniyasını "qorxuya səbəb olmaq" üzərində qurmaqda günahlandırıb.
Bu arada ABŞ Ali Məhkəməsi Donald Trampın Koloradoda keçirilən praymerizlərə buraxılmaması ilə bağlı şikayətinə yanvarın 8-də baxacağını bildirib. Tramp həm də Men ştatında “Kapitoliyə hücumda oynadığı rola” görə praymerizdən diskvalifikasiya edilib.
Respublikaçılar və Demokratlar üçün ilk praymeriz yanvarın sonunda keçiriləcək
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































