İsveçdə güclü qar yağması səbəbindən 1000 avtomobil E22 şossesində qapalı qalıb. Bölgəyə İsveç ordusu və xilasetmə qrupları göndərilib.
İsveçin cənubunda yağan güclü qar nəticəsində avtomobillərin hərəkəti iflic olub. İsveç ordusu yolda qapalı qalanlara yemək və su çatdırmaq üçün xüsusi maşınlarla hərəkətə keçib.
İsveçdə Skandinaviya yarımadasında yağan güclü qar həyatı bərbad edib. Ölkənin cənubunda yağan güclü qar, buzlanma və şiddətli fırtına səbəbindən Hörbi və Kristianstad arasındakı E22 magistralında nəqliyyatın hərəkətini dayandırıb.
İsveçin şimalındakı Kvikkjokk-Arrenjarka bölgəsində havanın temperaturu mənfi 43,6 dərəcəyə düşüb. Bu, ölkədə son 25 ildə qeydə alınan ən aşağı temperatur olub. Soyuq dalğanın həftə sonuna qədər təsirli olacağı gözlənilir.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































