İranda anım mərasimi qana boyanıb

İranda anım mərasimi qana boyanıb

Dörd il əvvəl həlak olan İran komandiri Qasım Süleymaninin anım mərasimi qana boyanıb. Rəsmi açıqlamaya görə, bombalı hücumda 95 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb. Prezident İbrahim Rəisi hücumu təşkil edənlərin "ağır bədəl ödəyəcəklərini" deyib. Ölkədə milli matəm günü elan edilib.

Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə əlaqədar Kirman şəhərində mərasim keçirilib.

İzdihamın olduğu yerdə ardıcıl iki partlayış baş verib. İran hakimiyyəti Süleymaninin məzarı yaxınlığında baş verən partlayışların terror aktı olduğunu açıqlayıb.

Qəbiristanlığa gedən yolda yüzlərlə insan Süleymaninin xatirəsini yad etmək üçün toplaşmışdı. Rəsmi açıqlamaya görə, hücumlar nəticəsində 95 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.

İran mediası partlayışların 10 dəqiqə fərqlə baş verdiyini və 2 bomba yüklü çantanın işə salındığını bildirib.

Xatırladaq ki, Süleymani ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il yanvarın 3-də Bağdada səfəri zamanı hava zərbəsi nəticəsində öldürülüb.

İran prezidenti İbrahim Rəisi hücumları təşkil edənlərin və planlayanların ən qısa zamanda müəyyən edilərək cəzalandırılacağını, hücumu təşkil edənlərin isə ağır bədəl ödəyəcəyini bildirib.

Terror aktını pisləyən və hücumda həyatını itirənlərin ailələrinə və İran xalqına başsağlığı verən Rəisi, hakimiyyətdən zərər çəkənlərin ağrılarının yüngülləşdirilməsi üçün ən qısa zamanda lazımi tədbirlərin görülməsini istəyib.

Rəisi mesajında ​​bu ifadələrə yer verib:

"Düşmənlər bilməlidirlər ki, bu cür hərəkətlər İran xalqının öz islami ideallarını müdafiə etmək üçün dəmir əzmini heç vaxt poza bilməz. İran döyüş meydanında terrorizm və zorakılığın kökünü kəsməkdə əvvəlkindən daha qətiyyətlidir".

Hücumlarla bağlı İranın daxili işlər naziri Əhməd Vahidi bildirib ki, “İran təhlükəsizlik qüvvələri bu cinayəti törədənlərə ən qısa zamanda sarsıdıcı və qəti cavab verəcək”.

Hücumu “əvvəlki sui-qəsdlərin davamı” kimi qiymətləndirən Vahidi bildirib ki, hazırda Kirmanda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

Vahidi bildirib ki, təhlükəsizlik qüvvələri partlayışa görə məsuliyyət daşıyanlara ən qısa zamanda “əzici və qəti cavab” verəcək.

Hadisə ilə bağlı araşdırmaların davam etdiyini deyən Vahidi sosial mediada paylaşılan məlumatlara etibar edilməməsi lazım olduğunu və lazımi məlumatların ictimaiyyətlə paylaşılacağını bildirib.

İranlı nazir həmçinin qeyd edib ki, regionda rabitə şəbəkəsində heç bir problem yoxdur.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az