"HƏMAS" rəhbərinin müavininin Beyrut ətrafında öldürülməsi Livana hücum və ya hətta Hizbullaha hücum deyildi, bu, "HƏMAS" rəhbərliyinə “cərrahi zərbə” idi, bunu İsrail baş nazirinin baş müşaviri Mark Regev deyib. O ,Təl-Əvivin hücumun təşkilinə görə məsuliyyət daşıdığını etiraf edib.
“The New York Times”ın Amerika hökumətindəki mənbələrə istinadən yazdığına görə , hücumun arxasında çox güman ki, İsrail dayanıb, halbuki Təl-Əviv Vaşinqtonu hücumla bağlı əvvəlcədən xəbərdar etməyib.
"HƏMAS"-ın hərbi qanadının qurucusu və siyasi qanadın sədr müavini Saleh əl-Aruri Livandan verilən məlumata görə, Hizbullahın nəzarətində olan Dahiya bölgəsində çoxmərtəbəli binaya pilotsuz təyyarənin endirilməsi nəticəsində öldürülüb. Mediada, Həmas ofisi , qrupun rəhbərliyi Arurinin və hərəkatın daha 6 üzvünün ölümünü təsdiqləyib.
Nümayişçilər daha sonra İordan çayının qərb sahilindəki Ramallah şəhərinin küçələrinə çıxaraq qətlin qisasının alınmasını tələb ediblər.
Livanın baş naziri Najib Mikati bildirib ki, partlayış Beyrutu Təl-Əvivlə "qarşıdurmaya" cəlb etmək məqsədi daşıyan "cinayətdir". Hizbullah bu qətli “Livana hücum” adlandırıb.
İsrail ordusu Qəzzadan bəzi qoşunları Livanla sərhədə yönləndirib və BMT tərəfləri təmkinli olmağa çağırıb.
“Gərginliyin artması və regionda vəziyyətin kövrəkliyi səbəbindən biz bütün tərəfləri maksimum təmkinli olmağa çağırırıq”, - deyə BMT nümayəndəsinin müavini Florensiya Soto Nino bildirib.
Bu arada Qəzza zolağında döyüşlər davam edir, İsrail ordusu Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirərək, azı 8 nəfəri öldürüb.
Azərbaycanpolisi.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































