İngiltərədə aptekdən 3 ildir istifadə etdiyi arıqlama iynəsini onlayn sifariş edən 45 yaşlı qadın özünə iynə vurduqdan 15 dəqiqə sonra yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən qadının bütün daxili orqanlarında iş prinsipi pozulub.
45 yaşlı britaniyalı qadın Mişel Svord internetdən aldığı arıqladıcı iynəni özünə vurduqdan sonra uşaqlarının gözü qarşısında yerə yıxılıb. Tibb işçiləri tərəfindən xəstəxanaya aparıldıqdan sonra Sovrdun bütün daxili orqanlarının çökdüyü məlum olub. Daha əvvəl aptekdən aldığı dərmanı 3 ildir istifadə etdiyini, lakin heç bir problem yaşamadığını deyən ana dərmanı yenidən istifadə etmək qərarına gəldiyini bildirib.
İynəni özünə vurduqdan 15 dəqiqə sonra qan şəkəri ən təhlükəli həddə düşüb. Ana huşunu itirərək övladları 13 yaşlı Kadi və 18 yaşlı Koenin gözü qarşısında yerə yıxılıb.
Həkimlər insanda qan səviyyəsinin belə təhlükəli həddə düşdüyünü ilk dəfə gördüklərini bildiriblər. Uzun müddət xəstəxanada müalicə olunduqdan sonra həkimlərin uzun zəhməti nəticəsində ananın orqanları əvvəlki funksiyalarına qayıdıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































