Senator Lavinia Mennuni “Anam həmişə mənə deyirdi... sən həmişə yadda saxlamalısan ki, sənin istədiyini etmək imkanın var, amma heç vaxt unutmamalısan ki, ilk arzun ana olmaq olmalıdır”.
İtaliyanın baş naziri Giorgia Meloninin sağçı partiyasından olan senator gənc qadınların “ilk arzusunun uşaq sahibi olmaq olmalıdır” deyərək müxalifət partiyalarını qəzəbləndirib.
Meloninin rəhbərlik etdiyi İtaliya Qardaşları partiyası ölkədə azalan doğum nisbətini geri qaytarmağı və eyni cinsdən olan valideynlik imkanlarını məhdudlaşdırmaqla yanaşı, ənənəvi ailəni təbliğ etməyi prioritet vəzifə hesab edib.
"La7" telekanalında bir proqramda katolik arxiyepiskopu ilə yanaşı çıxış edən Mennuni, İtaliya və Vatikan qurumlarının analığı yenidən "xülya"ya çevirməli, gəncləri erkən evlənməyə və ailə həyatı qurmağa təşviq etməli olduğunu söyləyib.
Üç uşaq anası olan 47 yaşlı senator, "Buna ehtiyac var. Hətta bir missiya mövcuddur, çünki mən hesab edirəm ki, (qadınlar üçün) gələcək vətəndaşlar, gələcək italyanlar olacaq uşaqları dünyaya gətirmək yaxşı bir şeydir" deyə bildirib.
Azərbaycanpolsi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































