«Associated Press» xəbər agentliyi ABŞ Hərbi Hava Qüvvələrinə aid nüvə raket qurğularında işçilərin daha sonrakı həyatlarında xərçəng xəstəliyinə tutulmasına səbəb olan zəhərli maddələrin olduğunu aşkar edən sənədlər əldə edib.
«Associated Press» ABŞ Hərbi Hava Qüvvələrinin 1980-ci illərə aid nüvə raket proqramları ilə bağlı «Məlumat Azadlığı Aktı» çərçivəsində sənədlər əldə edib.
Xəbərdə, Hərbi Hava Qüvvələrinin 30 dekabr 2001-ci il tarixli araşdırmasında iş sahələrinin təhlükəsiz olduğunu bildirdiyi və hal-hazırda bu layihələrdə çalışan bir çox insanın xərçənglə mübarizə apardığı və ya xərçəng səbəbiylə həyatını itirdiyi qeyd edilib.
Sənədlərdə yeraltı nüvə raket kapsullarında və siloslarda çalışan bəzi işçilərin məruz qaldıqları zəhərli maddələrə görə xərçəngə tutulduğu və orada ölçülən asbest nisbətinin təhlükəsizlik standartlarından 50 dəfə yüksək olduğu müəyyən edilib. Sənədlər arasında obyektlərin döşəmələrində vaxtaşırı tünd mayelərin tapıldığı, kompüterlərin həddindən artıq qızması, işçilərin ürək bulanmasına səbəb olan balıq qoxulu gelin sızması və işçilərin bir-birinə “təzə su yoxdur” deyərək göndərdiyi qeydlər də var...
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































