"Alphabet In"cin bir hissəsi olan Amerikanın "Google Chrome" şirkəti milyonlarla istifadəçisinin şəxsi məlumatlarının toplanması iddialarına görə 5 milyard dollarlıq qrup iddiasını həll etməyə razılaşdı, "New York Post" tərəflərin vəkillərinə istinadən yazır.
Vasitəçiliyin tərəfləri, 24 fevral 2024-cü il tarixindən gec olmayaraq, Kaliforniya ştatının Oklend federal məhkəməsinə təsdiq üçün təqdim etmək niyyətində olduqları barışıq sazişinin əsas şərtlərini əks etdirən qanuni qüvvəyə malik sənəd imzaladılar.
Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.
İddiaçılar dəymiş ziyana görə ən azı 5 milyard dollar məbləğində kompensasiya tələb ediblər. Onların fikrincə, "Google Chrome" istifadəçilərinin onlayn fəaliyyətinə hətta inkoqnito rejimində də nəzarət edə bilərdi. Şirkət ittihamları rədd edib.
İddiaya baxılması fevralın 5-nə təyin edilib.
"The New York Post" yazı zamanı Google-dan cavab almadığını, "Washington Post" isə şirkət nümayəndəsinin şərh verməkdən imtina etdiyini bildirdi.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































