Çexiyanın paytaxtı Praqada universitetə silahlı hücum olub. Hücum nəticəsində ölənlərin sayı 15-ə yüksəlib, 24 nəfər isə ağır yaralanıb. Zərərsizləşdirilən hücumçunun universitet tələbəsi olduğu müəyyən edilib. Hadisə yerindən görüntülərdə tələbələrin hücum edəndən gizlənmək üçün binanın damındakı eyvanda gizləndikləri görüntülənib.
Polislərin verdiyi açıqlamada hadisədə ilkin qiymətləndirmələrə görə hücum edənin tək olduğu və zərərsizləşdirildiyi bildirilib.
Ölkə mətbuatında çıxan xəbərlərdə hücumu təşkil etdiyi düşünülən silahlı şəxsin fotosu da paylaşılıb. Təcavüzkarın damdan avtomatik silahla atəş açdığı anın görüntüləri sosial mediada yayılıb.
Ətrafdakıların lentə aldığı görüntülərdə insanların təşviş içində məktəbin yerləşdiyi ərazidən qaçdığı və geniş təhlükəsizlik tədbirləri ilə insanları ərazidən uzaq durmağa edilən cağırış sədaları əks olunub.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































