İranda "uşaq gəlin" kimi tanınan 29 yaşlı Samirə Sabzian edam edilib - o, 10 il əvvəl edam cəzasına məhkum edilib. Bu barədə “The Times” İran İnsan Haqları hüquq müdafiə təşkilatına istinadən məlumat yayıb.
2009-cu ildə 15 yaşlı Samirə özündən xeyli yaşlı kişiyə ərə getməyə məcbur olub və yaxınlarının dediyinə görə, sonradan sistematik məişət zorakılığı ilə üzləşib. O, 19 yaşında ərini öldürməkdə günahlandırılaraq həbs edilib. Məhkəmə onun barəsində ölüm hökmü çıxardı, lakin onun icrası bürokratik səbəblərdən mütəmadi olaraq təxirə salındı. Qız ciddi rejimli həbsxanaya göndərildi və sonrakı 10 ilini edam gözləyərək keçirdi.
Samirə Sabzianın həbsi zamanı bir körpə də daxil olmaqla iki uşağı var idi və on il ərzində ona yalnız bir dəfə - dekabrın əvvəlində, edam olunmazdan əvvəl onlarla görüşə icazə verildi.
Qeyd edək ki, İranda qızlar üçün qanuni nikah yaşı 13-dür, ancaq atasının və ya ata tərəfdən babasının razılığı ilə onlar daha tez evlənə bilərlər.
Hüquq müdafiəçilərinin fikrincə, İran qadınlara verilən ölüm hökmlərinin sayına görə dünya rekorduna sahibdir. Samirə Sabzian, onların məlumatına görə, 2023-cü ilin əvvəlindən asılan on yeddinci qadın olub.
Azərbaycanpolisi.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































