“Əl-Cəzirə” telekanalının operatoru Samer Abu Dakka İsrailə məxsus pilotsuz uçan aparatın zərbə endirməsi nəticəsində aldığı yaralardan dünyasını dəyişib. Kanal açıqlamasında bildirib ki, o və Əl-Cəzirənin Qəzza zolağındakı aparıcı müxbiri Vael əl-Dadu ilə , zərbə zamanı zədələnmiş məktəbdə çəkiliş aparıb.
Dadu yaxındakı həkimlərə özü gedə bildi, lakin ağır xəsarətlər alan Dakka qan itkisindən ölüb . Təcili yardım ona çata bilməyib və onu xəstəxanaya apara bilməyib, çünki yollar dağıntılarla bağlanıb. Əl-Cəzirə İsrail Müdafiə Qüvvələrini tibb işçilərinin yaralı operatoru görməsinə icazə verməməkdə ittiham edib. İsrail Müdafiə Qüvvələri vəziyyətlə bağlı hələlik şərh verməyiblər.
Ağ Ev Əl-Cəzirə kanalına başsağlığı verib. Eyni zamanda, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi jurnalistlərə deyib: “Bizdə hələ də israillilərin bu müharibəni işıqlandıran jurnalistləri qəsdən hədəfə aldıqlarına dair heç bir əlamət yoxdur”.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































