Yaponiyanın "ən yaşlı adamı" kimi tanınan Tatsumi Fusa 116 yaşında vəfat edib. Osaka metropolisindəki Kaşivara şəhərinin rəsmisi mətbuata açıqlamasında şəhərdə yaşayan Tatsuminin 116 yaşında dünyasını dəyişdiyini bildirib.
Rəsmi bildirib ki, 25 aprel 1907-ci ildə Osakanın Yao rayonunda anadan olan Tatsumi həyatının təxminən son 10 ilini Kaşivaradakı qayğı mərkəzində keçirib.
Mətbuatda, 110 yaşına qədər əsas ehtiyaclarını təkbaşına ödəyə bilən Tatsuminin ayın əvvəlindən nəfəs almaqda çətinlik çəkdiyi bildirilib. Sentyabr ayında dövlət televiziyası «NHK»-də "Yaşlılara Hörmət Günü" çərçivəsində yayımlanan kadrlarda əlil arabasında Tatsuminin qayğı mərkəzinin işçiləri ilə görüntüsü yayımlanıb.
Yaponiya Səhiyyə və Əmək Nazirliyinin qeydlərinə görə, Tatsumi bu titulu 2022-ci ilin aprelində 119 yaşında Fukuokada vəfat edən Tanaka Keynin “Yaponiyanın ən yaşlı insanı” olmasından sonra alıb…
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“























































