İspaniyada yerləşən qeyri-hökumət təşkilatı (QHT) «Open Arms» bu il Aralıq dənizində həyatını itirən 2600-dən çox qeyri-qanuni immiqrantın xatirəsini anmaq üçün Barselona çimərliyində tədbir təşkil edib.
Səhərin erkən saatlarında Barselona şəhərinin mərkəzindəki Barseloneta çimərliyində qumun üzərinə yüzlərlə paltar düzən «Open Arms» səlahiyyətliləri, Avropaya köç etmək üçün həyatını itirən 2600-dən çox qeyri-qanuni mühaciri anıblar.
Təxminən 600 metrlik ərazidə keçirilən aksiyada çimərlikdə qadın, kişi və uşaq geyimləri, eləcə də bir neçə zədələnmiş qayıq nümayiş etdirilib.
«Open Arms» tərəfindən edilən şərhdə, bu hərəkəti Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Konvensiyasının qəbulunun 75-ci ildönümü münasibətilə atdıqlarını ifadə edərək, "Biz öz fəaliyyətlərini davam etdirən bir çox qeyri-qanuni immiqrantın reallığını səhnələşdirmək istəyirik. Onlar Avropaya çatmaq və vicdanları səfərbər etmək arzusunda idilər” ifadəsi işlədilib.
Aralıq dənizində qeyri-qanuni miqrant faciələrinin son 9-10 ildə daimi bir vəziyyətə çevrildiyinə diqqət çəkərək, "Məlum və susdurulmuş bir struktur soyqırımı ilə qarşı-qarşıyayıq. Minlərlə insan daha yaxşısını əldə etməyə çalışarkən həyatını itirir. Səfalət və aclıqdan uzaq bir həyat naminə” deyə bildirilib.
Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, yanvarın 1-dən sentyabrın 30-a qədər ümumilikdə 2357 qeyri-qanuni miqrant Şimali Afrika sahillərini tərk edərək Avropaya gedərkən Aralıq dənizi sularında ölüb və ya itkin düşüblər.
Azərbaycanpolisi.az
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































