Polşada baş vermiş ağır yol qəzasında 3 azərbaycanlı həlak olub.
Mediainfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Polşanın Poznan şəhəri yaxınlığında, oktyabrın 21-də baş verib.
Avtobusun yük avtomobilinə çırpılması nəticəsində Gürcüstan vətəndaşı olan 3 azərbaycanlı həlak olub, daha 8 nəfər isə xəsarət alıb. Ölənlər Marneuli rayonu, Əzizkənd sakini 22 yaşlı Əli Abdullayev, Qardabani rayonu, Birlik kənd sakini Kərəm Bayramov və Marneuli rayonu, Baydar kənd sakini Könül Balagözovadır.
Hadisədə xəsarət alan şəxslərdən də bir neçəsinin xəstəxanada vəfat etdiyi bildirilir.
Qeyd edək ki, adıçəkilən azərbaycanlıların bir müddət əvvəl işləmək məqsədilə bu ölkəyə getdiyi bildirilir.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































