Çoxları vacib və təhlükəli bir məsələni anlamır, əgər Cənubi Qafqazın 3 ölkəsindən biri regiona 4-cü güc mərkəzini gətirsə, ona eyni zamanda 3 böyük qonşu ölkə - Rusiya, Türkiyə və İran tərəfindən düşmən kimi baxılacaq.
Mediainfo.az xəbər verir ki, bu barədə erməni ekspert Stepan Danielyan Feysbuk səhifəsində yazıb.
“Çoxları anlamır ki, Cənubi Qafqazda sülh yalnız İran, Rusiya və Türkiyə arasında güc balansı və qarşılıqlı maraqlar olduqda mümkündür. Həm də başa düşmürlər ki, regiona 4-cü ölkə daxil olarsa, güc balansı pozulacaq və müharibənin genişlənməsi ehtimalı yaranacaq”, - deyə o bildirib.
Danielyan əlavə edib ki, vaxtilə bu siyasi xəttə görə Gürcüstan cəzalandırılıb:
“İndi Ermənistanın siyasi hakimiyyəti belə bir eksperiment aparır. Bunun sonu pis ola bilər. Ümid edirəm ki, İranın xarici işlər naziri İrəvanda bir daha buna aydınlıq gətirdi”.
Qeyd edək ki, Ermənistanın öz ərazisinə AB “missiyasını” buraxması İranda ciddi qıcıqla qarşılanıb
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































