Qərbin Ermənistanla bağlı planı artıq uzun müddətdir ki, fəaliyyətdədir. Demək olar ki, bu planın başında ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton durub. Bu “iş” onun kurasiyasındadır.
Mediainfo.az xəbər verir ki, bu fikirlərlə tanınmış erməni mediaekspert Tiqran Köçəryan “Review” verlişinin efiri zamanı dilə gətirib.
Onun sözlərinə əsasən, Qərbin Ermənistanla bağlı bu planının iki bəndi var:
“Birincisi və ən əsası, regionda Rusiyanın təsirini zəiflətmək, cəmiyyətdə antirusiya ahval-ruhiyəsini yaratmaq, Ermənistanı Kremlin orbitindən yayındırmaq və RF-in Gümri bazasının regiondan çıxarılmasına nail olmaq.
Planın ikinci hissəsi İran ilə bağlıdır. ABŞ bir güllə ilə iki hədəf vurur. Güllə rolunda isə İrəvandır. Əgər heç nə dəyişməsə, 2 ay ərzində yeni savaş olacağını proqnozlaşdırıram. Hər bir halda bu proses Ermənistan üçün çox təhlükəlidir. Biz dövlətimizi yeni ilə qədər itirə bilirik”, - deyə o qeyd edib.
Köçəryan onu da vurğulayıb ki, Boltonun bu planı bir halda baş tutmaya bilər – Rusiya Ukraynada tez bir zamanda uğur qazanarsa:
“Bu zaman Kreml bizim regionumuza diqqət yetirəcək. Onda Ermənistan üçün ikiqat pis olacaq. Rusiya Ermənistanı öz orbitinə geri dondərmək üçün güclü rıçaqlara malikdir. Ermənistan və ermənilər üçün ən çətin 2 aya daxil oluruq...” - erməni ekspert deyir.Axar.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































