Ukrayna silahlı qüvvələri Xarkov və Donetsk vilayətlərinin 6 yaşayış məntəqəsi ərazilərində Rusiya qoşunlarının hücumlarını dəf edib.
Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Son sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Xarkov vilayətinin Berestov, Donetsk vilayətinin Baxmut, İvanqrad, Klişivka, Pervomaysk və Marinka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”, - məlumatda deyilir.
Baş Qərargah həmçinin bildirib ki, Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən gün ərzində rus ordusunun mövqelərinə 22 zərbə endirib.
“Silah və hərbi texnikanın cəmləşdiyi 18 ərazinin, bir dayaq məntəqəsinin, həmçinin düşmənin zenit-raket komplekslərinin 3 mövqeyinin vurulduğu təsdiqlənib. Hava hücumundan müdafiə bölmələri 3 qanadlı raketi vurub”, - Baş Qərargah vurğulayıb
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































