ABŞ-ın gündəlik neft hasilatının azaldılması ilə bağlı OPEC+ qrupunun qərarına qarşı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdikdən və ittihamlar səsləndirikdən sonra bir çox ərəb ölkəsindən Ər-Riyadla həmrəylik və dəstək mesajları gəlib.
Mediainfo.az xəbər verir ki, Mərakeş, Misir, Bəhreyn, Fələstin, Yəmən, Oman, Əlcəzair, BƏƏ, İraq və Küveytin Xarici İşlər Nazirlikləri bu prosesdə Səudiyyəni dəstəklədiklərini açıqlayıb.
Açıqlamalarda bu ölkələrin OPEC+ qrupunun qərarı ilə bağlı ABŞ-ın ittihamlarına və təhdidlərinə məruz qalan Səudiyyə Ərəbistanının yanında olduqları bildirilib.
OPEC+ qrupunun qərarının üzv dövlətlər tərəfindən birgə qəbul edildiyi və bunun arxasında heç bir siyasi məna olmadığı vurğulanıb və ABŞ öz mövqeyini yumşaltmağa çağırılıb.
Verilən qərarların iqtisadi xarakter daşıdığı deyilib.
OPEC+ qrupu ölkələrinin energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər. Bu qərardan sonra Ağ Ev ABŞ Prezidenti Baydenin Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirdiyinə dair açıqlama verib.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































