“Bizi Qarabağla bağlı çətin qərarlar gözləyir”.
Mediainfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Xankəndidəki separatçıların başçısı Araik Arutyunyanla görüşündə deyib.
“Erməni xalqı həlledici mərhələyə qədəm qoyur, bu da Ermənistanın mövcudluğu və Qarabağ probleminin həlli ilə bağlıdır. Qərar qəbul edərkən maksimum gücə və tarazlığa ehtiyacımız olacaq. Düzgün qərarlar qəbul etmək üçün vəziyyəti real qiymətləndirmək lazımdır. Bu qərarlar bizim üçün çətin olacaq, çünki bunlar bəzi hallarda istəklərimizi təmin etmir”, - Xaçaturyan bildirib.
Ermənistan prezidenti qeyd edib ki, geosiyasi və regional vəziyyət dəyişib:
“Bu gün keçmişə qayıtmağa ehtiyac yoxdur, diqqəti gələcəyə yönəltmək lazımdır, xüsusən də bu gün dünyada hər şey çox sürətlə dəyişir. Gələcəklə bağlı baxışlarımızı ictimaiyyətə təqdim etmək üçün həll yolları müzakirə edilməlidir”.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































