Belqorod vilayətində terror aktı olub, 11 nəfər ölüb, 15 nəfər yaralanıb

Belqorod vilayətində terror aktı olub, 11 nəfər ölüb, 15 nəfər yaralanıb

Rusiya Müdafiə Nazirliyi ölkənin Belqorod vilayətindəki hərbi hissədə baş verən insidenti terror aktı adlandıraraq hadisədə 11 nəfərin öldüyünü, 15 nəfərin isə yaralandığını açıqlayıb.

Mediainfo.az xəbər verir ki, bu barədə müdafiə qurumunun açıqlamasında bildirilib.

Qeyd olunub ki, olayı MDB ölkəsindən olan 2 nəfər edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, terrorçular xüsusi əməliyyatda iştirak etmək arzusunda olan şəxslərlə atışma məşqi zamanı bölmənin şəxsi heyətinə silahlardan atəş açıblar: “Atışma nəticəsində 11 nəfər ölüb. Daha 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə aparılıb və onlara bütün lazımi yardımlar göstərilib”.

Nazirlik hər iki terrorçunun atışma nəticəsində öldürüldüyünü bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az