“Məncə, ABŞ nə qədər ermənipərəst mövqe tutsa da, bu bölgədən Rusiyanı vurub çıxarmaq və moderatorluğu öz əlinə almaq, yaxud Aİ-nin vasitəçiliyini ön plana çəkmək üçün səy göstərir”.
Mediainfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Qabil Hüseynli Yenisabah.az-a açıqlamasında deyib.
Politoloq ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla gerçəkləşən telefon danışığından bəhs edib.
Q.Hüsyenli deyib ki, ABŞ-ın bu fəallığı Rusiyanın Ukraynanı amansızcasına bombardman etməsindən sonra daha da artıb:
“Mənim zənnimcə, Rusiya üzərinə Qərbin, başda ABŞ olmaqla irimiqyaslı hücumu gözlənilir. ABŞ Rusiyanı beynəlxalq münasibətlərdən tam təcrid etmək istəyir və yaxın müddət ərzində də onu Cənubi Qafqazdan tamamilə vurub çıxarmaq niyyətindədir.
Bu səbəbdən də, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Azərbaycan və Ermənistan münasibətlərinin tənzimlənməsində vasitəçilik səylərini artırıb. Bu vasitəçilik səylərinin moderatorunun Aİ-nin olması üçün ABŞ çabalayır.
Putinin həm İlham Əliyevi, həm də Nikol Paşinyanı yenidən görüşə çağırması isə ABŞ rəsmilərini yuxusuz qalmağa vadar edir. Bu səbəbdən də, onlar tez-tez əlaqə saxlayırlar”.
“Ola bilər ki, sərhəddə olan atışmaların da buna təsiri olsun. Çünki “Qarabağ klanı” və Ermənistan Müdafiə Nazirliyi nəzdində Nikol Paşinyana bağlı olmayan qrupların sülhyaratma prosesini pozmaq cəhdləri danışıqlardan sonra hər zaman ön plana çıxır. Yoxsa Azərbaycan Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması hallarına daha cəsarətli və daha ciddi cavablar verə bilər”, – deyə yekunlaşdırıb.
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
























































