"Ermənistan Göyçə gölünü Azərbaycana yaxınlaşdırmamaq üçün fəaliyyətlərini bir daha dərindən təhlil etməlidir".
Mediainfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması ilə bağlı danışarkən Moderator.az-a açıqlamasında deyib.
"Artıq 10 noyabr Bəyanatının imzalanmasından iki il ötür. Azərbaycan Zəngəzur dəhlizinin elementlərini artıq Ermənistan sərhədinə qədər demək olar ki, tamamlayıb. Amma Ermənistan tərəfindən hələ dəhlizin keçəcəyi ərazinin marşrutu belə təyin edilməyib. Bu bir daha göstərir ki, Ermənistan imza atdığı birgə bəyanatın şərtlərindən geri addım atmaq niyyətindədir. Bu isə Azərbaycan üçün qəbul edilməzdir. Dəfələrlə Azərbaycan tərəfindən yüksək səviyyədə xəbərdarlıq da edilib. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi birgə bəyanatdan geriyə addım atması deməkdir. Əlavə olaraq Ermənistanın fasiləsiz olaraq Laçın, Kəlbəcər, bəzən isə Daşkəsən və Gədəbəy istiqamətində atəşkəsi pozması Azərbaycan tərəfini də birgə bəyanatdan geri çəkilməyə vadar edə bilər. Bu isə ərazidəki vəziyyəti 2020-ci ilin noyabrın 9-na olan vəziyyətə qaytara bilər. Həmi tarixdə isə Şuşa şəhərindən sonra 71 kənd erməni işğalından azad edilmişdi. Belə bir vəziyyətə qayıtmağın Ermənistan üçün nə qədər ağrılı-acılı ola biləcəyini isə ehtimal etmək çətin deyil. Odur ki, erməni tərəfi Göyçə gölünü Azərbaycana yaxınlaşdırmamaq, bizə tarixi ərazilərimizdə bufer zonanın miqyasını genişləndirməmək üçün fəaliyyətlərini bir daha dərindən təhlil etməli və ona düzəlişlər etməlidir".
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































